I Liqada X turun təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, AFFA Hakimlər Komitəsi görüşləri idarə edəcək hakimləri müəyyənləşdirib.
 
Maraqlıdı ki, bu mövsüm Premyer Liqa qarşılaşmalarına təyinat alan 4 referi I Liqada matç idarə edəcək. Bunlar Əli Əliyev, Emin Əliyev, Kamran Əliyev və Rauf Allahverdiyevdi.
 
Oyunlar 6-7 dekabr tarixlərində olacaq.
 
I Liqa
X tur
6 dekabr (çərşənbə)
 
14:00. “Karvan” – “İrəvan”
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elçin Mehdiyev
Yevlax şəhər stadionu
 
14:00. “Zaqatala” – “Difai Ağsu”
Hakimlər: Emin Əliyev, Rəhman İmami, Asiman Əzizli, Rövşən Rəcəbov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zaqatala OİK stadionu
 
7 dekabr (cümə axşamı)
13:00. “Qaradağ Lökbatan” – “Mingəçevir”
Hakimlər: Şamil İmanzadə, Namiq Hüseynov, Orxan İbişov, Əkbər Əhmədov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Neftçi Futbol Mərkəzi (IV meydança)
 
14:00. “Araz Saatlı” – “Şamaxı”
Hakimlər: Kamran Əliyev, Kamran Bayramov, Mirhinad Seyidov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Saatlı OİK stadionu
 
14:00. “İmişli” – MOİK
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Kərim Zeynalov, İslam Məmmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Azər Əsgərov
Heydər Əliyev adına İmişli şəhər stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest