“Barselona”nın prezidenti Joan Laporta komandanın baş məşqçisi Xavi haqda danışıb.

Matc.az xəbər verir ki, klub rəsmisi bu barədə yerli mətbuata açıqlama verib: “Məğlubiyyətlərin həmişə nəticələri var. Bu mövsüm kuboku qazana bilməsək, gördüyümüz işlərə əsaslanaraq müəyyən qərarlar verməli olacağıq. Amma fakt odur ki, iştirak etdiyimiz bütün turnirlərdə mübarizəmizi davam etdiririk. Qarşıda İspaniya Superkuboku var və Kral Kubokunda oynayacağıq”.

Qeyd edək ki, İspaniya çempionatında "Barselona" hazırda lider "Real"dan 7 xal geri qalaraq 3-cü yerdədir

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest