Argentina millisinin sabiq futbolçusu Xuan Roman Rikelme "Boka Xuniors"un prezidenti seçilib.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 45 yaşlı Rikelme prezident seçkilərində rəqibi Andres İbarradan (65,3% - 34,4%) az qala iki dəfə çox səslə qalib gəlib. Rikelme 2027-ci ilə qədər Argentina klubunun prezidenti seçilib. Bir oyunçu kimi Rikelme 1996-2002 və 2007-2014-cü illərdə "Boka Xuniors"da çıxış edib. 267 oyun keçirib (72 qol və 68 məhsuldar ötürmə) və üç dəfə Libertadores kubokunun qalibi olub. 2001-ci ildə Cənubi Amerikanın ən yaxşı futbolçusu kimi tanınıb.

Qeyd edək ki, Rikelme son dörd il ərzində klubun vitse-prezidenti olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest