18 Dekabr 2023, 21:54
FUTBOL
Düz bir il əvvəl, 2022-ci il dekabrın 18-də Argentina Dünya Kubokunu qazanıb.
Matc.az xəbər verir ki, Qətərdə keçirilən dünya çempionatının finalında argentinalılar Fransa yığmasına qalib gəlib. Final oyununun əsas vaxtı və iki əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb. Penaltilər seriyası 4:2 hesabı ilə Argentina yığmasının xeyrinə başa çatıb. Argentinalıların kapitanı Lionel Messi möhtəşəm qələbənin ildönümündə sosial şəbəkələrdə paylaşım edib: “Bir il karyeramın ən gözəl günləri oldu. Ömür boyu davam edəcək unudulmaz xatirələr baş Verdi. Ən gözəl, xoş, əvəzedilməz günlərim idi. Hər kəsin yubileyi mübarək!”.
Qeyd edək ki, Argentina 1986-cı ildən sonra ilk dəfə Dünya Kubokunu qazanıb