Avropa Liqasında 1/4 final mərhələsinə start verilib. Matc.az saytının məlumatına görə, azarkeşlər 4 qarşılaşmaya şahidlik ediblər.

İspaniyada bu ölkənin iki təmsilçisi “Vilyarreal”la “Valensiya” avrokubok görüşündə üz-üzə gəlib. Qonaqlar son dəqiqədə vurduğu iki qolla 3:1 hesablı qələbə qazanıblar.

İngiltərə klubları fərqli rəqiblərlə qarşılaşıblar. Turnirin favoritlərindən sayılan "Çelsi" Çexiyada "Slaviya"nı çətinliklə yenib - 0:1.

Mayın 29-da Bakıda keçiriləcək final matçında iştirakı qarşısına məqsəd qoyan "Arsenal"la "Napoli"nin qarşılaşmasında isə londonlular seviniblər - 2:0.

“Benfika” isə Lissabonda “Ayntraxt”ı yenib - 4:2.

Qeyd edək ki, cavab oyunları aprelin 18-də keçiriləcək.

 

Avropa Liqası
1/4 final, ilk oyunlar
11 aprel

“Arsenal” (İngiltərə) – “Napoli” (İtaliya) - 2:0

Remsi, 15, Kulibali, 25 (avtoqol)

London. “Emireyts” stadionu. Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

 

“Slaviya” (Çexiya) – “Çelsi” (İngiltərə) - 0:1

Markos Alonso, 86

Praqa. “Sinobo” stadionu. Baş hakim: Feliks Zvayer (Almaniya)

 

“Vilyarreal” (İspaniya) – “Valensiya” (İspaniya) - 1:3

Kazorla, 36 - Quedes, 6, 90+3, Uass, 90+1

Vilyareal. "Estadio de la Seramika". Baş hakim: Maykl Oliver (İngiltərə)

 

“Benfika” (Portuqaliya) – “Ayntraxt” (Almaniya) - 4:2

Joao Feliks, 21, 43, 54, Dias, 50 - Yoviç, 40, Pasiensa, 72

Lissabon. “Benfika” stadionu. Baş hakim: Antoni Teylor (İngiltərə)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest