Moskva "Spartak"ının yarımmüdafiəçisi Ayaz Quliyev "Yuventus"un superulduzu Kriştianu Ronaldo haqda danışıb. Matc.az saytı xəbər verir ki, azərbaycanlı futbolçusu portuqaliyalının ünvanına tərif yağdırıb.

O, dünyada heyran qaldığı yeganə idmançının məhz Ronaldo olduğunu söyləyib: "Heyran qaldığım futbolçu Kriştianu Ronaldodu. Heç bir idmançı onun qədər məşq etmir".

Qeyd edək ki, Rusiyanın aşağı yaş qrupu üzrə yığmalarında oynamış 23 yaşlı oyunçunun Azərbaycan millisinə çağırılması gündəmdədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest