Avropa Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib. Matc.az saytı xəbər verir ki, UEFA 1/4 final mərhələsində baş tutan qarşılaşmalardan sonra 4 namizəd seçib.

Bunlar Joao Feliks ("Benfika"), Aaron Remsi ("Arsenal"), Villian ("çelsi") və Qonsalo Quedeşdi ("Valensiya"). Həftənin oyunçusu azarkeşlər arasında keçirilən səsvermə ilə bəlli olacaq.

Feliks dünən het-trik, Quedeş dubla imza atıbsa, Villian 1 məhsuldar ötürmə, Remsi də 1 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest