"Real" rəhbərliyi "Santyaqo Bernabeu" stadionunun yenidənqurma işlərinin hazırlığını yekunlaşdırır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, mayda başlayacaq işlər üçün madridlilər 575 milyon avro kredit götürüb.

Bu məbləğ "kral klubu"nun hesabına üç dəfəyə köçürüləcək. İlk məvacibin verilməsi bu ilin iyuluna, digərləri isə 2020 və 2021-ci ilə təsadüf edəcək. "Real" 30 illik krediti 2,5%-lə ödəyəcək. Klub ilk borcu 2023-cü ildə verəcək. "Real" 2049-cu ilə qədər hər il 29,5 milyon avro ödəniş etməli olacaq.

"Kral klubu" texniki sponsoru olan "Adidas"la isə yeni müqavilə barədə danışıqlar aparır. Razılıq əldə olunsa, madridlilər qarşıdakı 10 il ərzində sponsordan 1 milyard avro gəlir götürə bilər.

Qeyd edək ki, 1947-ci ildə tikilən "Santyaqo Bernabeu"da sonuncu dəfə 2001-ci ildə yenidənqurma işləri aparılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest