Azərbaycan milli komandasının voleybolçusu Yana Kulan dünya rekorduna imza atıb. Matc.az xəbər verir ki,  Yaponiya liqasında mübarizə aparan “Toray” klubunda forma geyinən Yana "Hisamitsu" ilə final mərhələsinin ikinci qarşılaşmasında fərqlənib. O, bu görüşdə 60 xal toplamaqla yanaşı, Yaponiya liqasının ən məhsuldar oyunçusu və ən yaxşı top qəbul edən voleybolçusu seçilib.

Qeyd edək Kulandan əvvəl millimiz əsas hücumçusu Polina Rəhimova 58 xalla dünya rekordunun sahibi idi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest