Çempionlar Liqasının 1/4 final mərhələsində daha 2 oyunun təyinatları müəyyənləşib. Matc.az saytının məlumatına görə, UEFA aprelin 17-də baş tutacaq cavab qarşılaşmalarının hakimlərini açıqlayıb.

"Mançester Siti" ilə "Tottenhem" arasında baş tutacaq İngiltərə derbisində türkiyəli Cüneyt Çakır iş başında olacaq. "Draqao"da keçiriləcək "Portu" - "Liverpul" matçını isə hollandiyalı Danni Makkelye idarə edəcək.

Qeyd edək ki, ilk oyunlarda "Tottenhem"lə "Liverpul" müvafiq olaraq 1:0 və 2:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest