"Arsenal"la matçda əsl futbol fanatları gördük. "Emireyts" stadionunda azarkeşlər möhtəşəm atmosfer yaratmışdılar". Matç.az saytının məlumatına görə, bunu "Vorskla"nın hücumçusu Mixail Sergeyçuk deyib.

 

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi hazırlıqlarını davam etdirir. Ukrayna mətbuatına müsahibə verən 27 yaşlı futbolçu hədəflərindən söz açıb.

 

Sergeyçuk jurnalistin "Qarabağ"la oyunlarda 6 xal qazanmaq realdımı?" sualını belə cavablandırıb: "Bunu oktyabrın 25-də biləcəyik. Hələlik "Qarabağ" haqda heç nə deyə bilmərəm. çünki azərbaycanlıların oyununu təhlil etməmişik. Yalnız Avropa Liqasındakı matçlarının epizodlarını izləmişik".

 

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının III turunda oktyabrın 25-də "Vorskla"nı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest