"InStat" şirkətinin təhlilinə əsasən Topaz Premyer Liqasının XXIV turunun rəmzi komandası müəyyənləşib. "Qarabağ"ın kapitanı Rəşad Sadıqov bu mövsüm ilk dəfə simvolik komandaya düşüb. Yarımmüdafiəçisi Abdullah Zubir isə 8-ci dəfə siyahıda özünə yer etməyi bacarıb.

"InStat" şirkətinin təhlilinə əsasən Topaz Premyer Liqasının XXIV turunun rəmzi komandası müəyyənləşib. Matc.az xəbər verir ki, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov bu mövsüm ilk dəfə simvolik komandaya düşüb.

Əvəzində Ağdam klubunun yarımmüdafiəçisi Abdullah Zubir 8-ci dəfə siyahıda özünə yer etməyi bacarıb.

 

Qapıçı: Vaqner da Silva ("Qarabağ")-3

Müdafiəçilər: Donald Qerye ("Qarabağ")-6, Rəşad Sadıqov ("Qarabağ"), Bəxtiyar Həsənalızadə ("Zirə")-2, İlkin Qırtımov ("Zirə")-4

Yarımmüdafiəçilər: Abdullah Zubir ("Qarabağ")-8, Riçard Almeyda ("Qarabağ")-4, Markos Madera ("Qarabağ")-5, Davit Volkov ("Qəbələ")-2

Hücumçular: Mahir Mədətov ("Qarabağ")-7, Ceyms Adeniyi ("Qəbələ")-7

Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest