“Qarabağ”ın müdafiəçisi Kevin Medina zədəsini sağaldıb. Matc.az xəbər verir ki, kolumbiyalı futbolçu artıq məşqlərə başlayıb.

Klubun həkimləri onu Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə keçiriləcək oyuna yetişdirməyə çalışır. Qrup mərhələsinin V turunda “Molde” ilə dekabrın əvvəlində keçirilən matçda zədələnən Medina həmin vaxtdan bəri yaşıl meydanlardan kənar qalıb.

Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında ilk oyun martın 7-də Bakıda, cavab görüşü bir həftə sonra Leverkuzendə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest