Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Matc.az saytının məlumatına görə, baş tutan dörd qarşılaşmadan sonra yarımfinalçılar müəyyənləşib.

Çexiyada 1 qolla qalib gələn “Çelsi” “Slaviya”nı bu dəfə Londonda məğlub edib. Oyuna sürətli başlayan meydan sahibləri 4:1 hesabı ilə önə keçsələr də, sonradan toparlanan çexlər daha iki qol vura biliblər, amma bu nə mərhələ, nə də qələbə üçün yetərli olmayıb.

İspaniya klublarının duelində "Valensiya" "Vilyareal"ı yolundan kənarlaşdırıb.

Lissabonda “Ayntraxt”ı 4:2 hesabı ilə məğlub edən "Benfika" revanşda Almaniya klubunun qonağı olub. 2:0 hesablı qələbəyə sevinən almanlar səfər qolunun verdiyi üstünlüklə mərhələni keçiblər.

İtaliyanın avrokuboklardakı yeganə təmsilçisi “Napoli” öz meydanında “Arsenal”la oynayıb. Doğma arenasında 2:0 hesablı qələbə qazanan “topçular” səfərdə də qalib gələrək yarımfinala çıxıblar.

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Avropa Liqası
1/4 final, cavab oyunları
18 aprel

“Napoli” (İtaliya) – “Arsenal” (İngiltərə) - 0:1
Lakazett, 36
Neapol. “San Paolo” stadionu. Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
İlk oyun – 0:2

 

“Valensiya” (İspaniya) – “Vilyarreal” (İspaniya) - 2:0
Latorre, 13, Parexo, 54
Valensiya. “Mestalya” stadionu. Baş hakim: Vilyam Kallum (Şotıandiya)
İlk oyun – 3:1

 

“Ayntraxt” (Almaniya) – “Benfika” (Portuqaliya) - 2:0
Kostiç, 37, Rode, 67
Frankfurt. “Kommersbank Arena”. Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun – 2:4

 

“Çelsi” (İngiltərə) – “Slaviya” (Çexiya) - 4:3
Pedro, 5, 27, Deli, 10, Jiru, 17 -Suçek, 26, Sevçik, 51, 54
London. “Stemford Bric” stadionu. Baş hakim: Damir Skomina (Sloveniya)
İlk oyun – 1:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest