21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
 
Matc.az xəbər verir ki, yığmamız AVRO-2025-in seçmə mərhələsində Ukrayna ilə görüşüb.
 
Görüş Ukraynanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Qeyd edək ki, qrupumuzda baş tutacaq digər iki oyunda Serbiya Şimali İrlandiyanı, İngiltərə Lüksemburqu qəbul edəcək. Bu qarşılaşmalar Bakı vaxtı ilə müvafiq olaraq 21:00 və 23:00-da başlayacaq.
 
AVRO-2025-in seçmə mərhələsi
F qrupu
26 mart
Azərbaycan – Ukrayna 0:3 
Qol: Oleksandr, 25. Oleq, 40. Valentin, 56
Baş hakim: Dario Bel (Xorvatiya)
Bakı. "Azərsun Arena"

Azərbaycan: 22. Amin Ramazanov, 19. Qurban Səfərov, 13. Seymur Məmmədov, 4. Cəlal Hüseynov (k), 15. Süleyman Damadayev, 20. Rüfət Əhmədov, 17. Murad Vəliyev, 8. Emil Səfərov, 6. Zeynəddin Abdurrahmanov, 7. Camal Cəfərov, 9. Nəriman Axundzadə

Baş məşqçi: Samir Əliyev

Ukrayna: 1. Ruslan Neşçeret, 15. Artyom Smoliakov, 16. Arseniy Batahov (k), 13. Volodimir Saliuk, 4. İllya Krupski, 8. Oleq Oçeretko, 22. Valentin Rubçinski, 18. Aleksandr Yatsyuk, 10. Nazar Voloşin, 20. İqor Krasnopir, 21. Maksim Braharu

Baş məşqçi: UnayMelqoza

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest