“Osasuna”nın baş məşqçisi Haqoba Arrasate mövsüm bitdikdən sonra klubu tərk etmək qərarına gəlib. Matc.az xəbər verir ki, bunu mütəxəssis özü açıqlayıb.

O, iyunun sonuna qədər olan müqaviləsini yeniləməyəcəyini bildirib. Bununla da o, 6 illik fəaliyyətindən sonra “Osasuna”dan ayrılacaq. Arrasate 2018-ci ildən La Liqa təmsilçisinə rəhbərlik edir. Məhz onun başçılığı altında komanda 2018-19 mövsümünün sonunda elitaya qayıdıb və orada möhkəmlənib.

Ötən mövsüm İspaniya Kral Kubokunun finalına yüksələn “Osasuna” həlledici görüşdə “Real”a uduzub (1:2).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest