Moskva “Spartak”ının sabiq baş məşqçisi Andrey Çernışov həmyerlisi Stanislav Çerçesovun Azərbaycan millisinin baş məşqçisi postuna təyin oluna biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Matc.az xəbər verir ki, o, 60 yaşlı mütəxəssisin yığmamıza xeyir verəcək səviyyədə olduğunu düşünür.

Çernışevin fikrincə, Azərbaycan yığması Çerçesovla Avropa çempionatına vəsiqə qazana bilər: “Çerçesov yüksək səviyyəli məşqçidi. Bunu Rusiya millisi ilə tarix yazmaqla, Polşa və Macarıstanda çempionluq və kuboklar qazanmaqla sübut edib. Çerçesov ciddi insandı və emosiyalara təslim olmur. Azərbaycan millisindən gələn təklifi qəbul etsə, mütləq düşünülmüş və çox balanslı olacaq. Onun üçün harada və kiminlə işləyəcəyi, hansı səlahiyyətlərə sahib olacağı çox önəmlidi. Yəqin perspektiv görür. Azərbaycan millisi ilə yüksək problemləri həll etmək olar: Avropa çempionatına vəsiqə, Millətlər Liqasında uğurlu çıxış”.

Andrey Çernışov Azərbaycan futbolu barədə də müsbət fikirlər səsləndirib: “Azərbaycanda çoxlu səviyyəli futbolçu var, onların aparıcı klubu Avropa Liqasında əla nəticələr göstərib. Bu komanda ilə müsbət nəticə qazanmaq perspektivi var. Çerçesovun Azərbaycanda fəaliyyətini izləmək maraqlı olar”.

Qeyd edək ki, daha əvvəl Rusiya mətbuatı Stanislav Çerçesovun Azərbaycan yığmasının baş məşqçi postuna üç namizəddən biri olduğunu yazmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest