“Özümü yaxşı hiss edirəm, yenidən oynamağa hazıram”. Matc.az xəbər verir ki, bunu “Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber klubun mətbuat xidmətinə açıqlamasında deyib. 30 yaşlı futbolçu zədəsini tam sağaltdığını və komanda ilə birlikdə məşq etdiyini bildirib.

“Özümü yaxşı hiss edirəm, yenidən oynamağa hazıram”. Matc.az xəbər verir ki, bunu “Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber klubun mətbuat xidmətinə açıqlamasında deyib.

30 yaşlı futbolçu zədəsini tam sağaltdığını və komanda ilə birlikdə məşq etdiyini bildirib: “Zədədən sonra bərpa prosesi bir az çətin keçdi. Çünki sağaldıqdan sonra çıxdığım ilk oyunda yenidən eyni yerdən xəsarət almışdım. Eyni prosesi keçməli oldum. Üç aylıq fasilədən sonra bura qayıtdım”.

Fələstin millisinin oyunçusu “Qəbələ”ni məğlub edəcəklərini düşünür: “Hazırda kollektiv şəkildə “Qəbələ” ilə qarşıdakı oyuna köklənmişik. Düşünürəm ki, həmin matçda qələbə qazana biləcəyik. Ondan sonra növbəti qarşılaşma barədə danışmaq olar”.

Qeyd edək ki, sabah keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 16:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest