Yay transfer pəncərəsində “Leypsiq”in yarımmüdafiəçisi Dani Olmonun təzminat məbləği ilə bağlı müqavilə bəndi qüvvəyə minəcək. Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.

Onun təzminat məbləği 60 milyon avro olacaq. “Mançester Siti” bir müddətdir İspaniya millisinin üzvünü izləyir. “Şəhərlilər” 25 yaşlı hücumameyilli oyunçunun keçidində favorit sayılır. Lakin hələlik “Leypsiq”i transferə razı salmaq mümkün olmayıb.

Qeyd edək ki, Dani Olmo bu mövsüm Bundesliqa klubunun heyətində bütün turnirlərdə arışlarda 19 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Onun almanlarla müqaviləsi 2027-ci ilin yayına kimi qüvvədədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest