"Stanislavdan başqa, görünür, başqa namizədlər də var. Azərbaycan heç vaxt heç nəyə nail olmayıb"

Stanislav Çerçesovun Azərbaycan millisinin baş məşqçi postuna mümkün təyinatı Rusiyada böyük səs-küyə səbəb olub. Matc.az xəbər verir ki, yerli mütəxəssislər bu variantla bağlı fikirlərini bildirirlər.

Son olaraq Rusiya millisinin sabiq futbolçusu Aleksandr Mostovoy buna münasibət bildirib. O, Çerçesovun yığmamızda uğurlu olacağını düşünür: “Cəmi bir həftə əvvəl Çerçesov “Spartak”ın baş məşqçisi postuna iddialılardan biri idi. Stanislavdan başqa, görünür, başqa namizədlər də var. Azərbaycan heç vaxt heç nəyə nail olmayıb. Stanislavın gedişi ilə nəsə əldə edə bilər”.

Qeyd edək ki, 60 yaşlı Çerçesov son olaraq 2021-2023-cü illərdə Macarıstanın “Ferensvaroş” klubunda çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest