"Almeriya"nın yarımmüdafiəçisi Melero La Liqanın 21-ci turunun "Real"la oyunundan (2:3) sonra istifadə etdiyi ifadəyə görə 4 oyunluq cəzalanıb.
 
Matc.az xəbər verir ki, futbolçu bu qərarı şərh edib:
 
"Elə bir ab-hava yaranıb ki, sanki oyunu bizdən oğurlayıblar, bu aydındır. Ədalətsiz penalti, əllə oyun, sayılmayan qol. Bu, bu mövsüm artıq bir neçə dəfə baş verib. Şikayət etməsən, heç kim yaxın durmaz, bu belədir. Biz heç vaxt heç nə demədik, amma məncə, bu gün baş verənlər ağıldan kənardır".
 
Qeyd edək ki, 30 yaşlı oyunçu oyundan sonra hakimə sərt etiraz edib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest