“Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmix karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xəbər verir ki, Almaniya millisinin üzvü “Mançester Yunayted”in maraq dairəsindədi.

“Qırmızı şeytanlar” 29 yaşlı orta sahə oyunçusunu yayda klubu tərk etməsi gözlənilən Kasemironun əvəzləyicisi kimi görür. Hazırda tərəflər arasında danışıq gedir. Ancaq Kimmix digər nəhənglərin də diqqət mərkəzindədi.

Qeyd edək ki, Coşua Kimmix cari mövsüm 31 oyunda 1 qol vurub, 8 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest