"Çempionatda medalçı yerlərdən birini tutmağa bütün şanslarımızı itiridk. Şansımız yalnız kuboka qalıb. Ona görə əsas futbolçularımıza istirahət vermişdik. Ancaq bu o demək deyil ki, Qəbələyə uduzmağa gəlmişdik. Az oynayanlara baxmaq, siqnalı almaq istəyirdik".

"Bugünkü oyun bütün suallara aydınlıq gətirdi". Matc.az-ın "Zirə"nin feysbuk səhifəsinə istinadən məlumatına görə, bunu komandanın baş məşqçisi Samir Abasov deyib.

Topaz Premyer Liqasının XXV turunda "Qəbələ"nin qonağı olan bakılılar səfərdən məğlubiyyətlə dönür - 1:2.

Qarşılaşmadan sonra mətbuat konfransında fikirlərini bildirən Abasov çempionatla bağlı heç bir ümidlərinin qalmadığını söyləyib: "çempionatda medalçı yerlərdən birini tutmağa bütün şanslarımızı itirdik. Şansımız yalnız kuboka qalıb. Ona görə əsas futbolçularımıza istirahət vermişdik. Ancaq bu o demək deyil ki, Qəbələyə uduzmağa gəlmişdik. Az oynayanlara baxmaq, siqnalı almaq istəyirdik və bu, yetərincə oldu. Kimlərlə hara gedəcəyik, kimlərlə yollarımızı ayıracağıq, bu haqda bizə məlumat verdilər. Hələ kubok şansımızı qoruyuruq. "Sumqayıt"la çətin oyunlarımız var. Rəqibimiz 1 gün əvvəl oynadı. üstəlik, biz səfərdə çıxış etdik, hələ yol gedəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest