"Neftçi"nin Topaz Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Matç.az saytı xəbər verir ki, "ağ-qaralar" cari mövsümdə ilk yenilgisini VIII turun "Qəbələ" ilə səfər oyununda alıb.

İlk 7 matçda 6 qələbə qazanıb, 1 heç-heçə edən bakılılar 1:3 hesabı ilə uduzub.

ötən mövsümün son üç görüşündə də yenilməyən "Neftçi" 10 oyunluq məğlubiyyətsizlikdən sonra meydanı xalsız tərk edib. Bakılıların son uğursuzluğu aprelin 28-də "Keşlə" ilə ötən mövsümün XXV turunun matçında qeydə alınmışdı. "Ağ-qaraıar" 1:2 hesablı məğlubiyyətdən 175 gün sonra uduzub.

Bu müddətdə 9 dəfə qalib gəlib, 1 heç-heçə edən paytaxt təmsilçisinin qələbə seriyası da qırılıb. Ardıcıl 4 dəfə üç xal əldə edən "Neftçi" sonuncu dəfə 55 gün əvvəl "Qarabağ"la səfər matçında itki ilə üzləşmişdi – 1:1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest