"Bavariya" son günlər Zinəddin Zidanla əlaqə saxlamayıb.
 
Matc.az xəbər verir ki, bu barədə məşhur jurnalist Florian Plettenberq məlumat yayıb. Fransalı mütəxəssisin adı Münhen klubu ilə tez-tez hallansa da, tərəflər arasında heç bir rəsmi danışıqların getmədiyi bildirilir. 
 
Qeyd edək ki, Almaniya təmsilçisinin baş məşqçi postuna namizədləri arasında “Brayton”un çaılşdırıcısı Roberto De Zerbi də var.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest