"Real"ın sol cinah vinqeri Vinisius Junior "Arsenal"ın marağına baxmayaraq, Madrid klubunda qalacaq.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sport" idman nəşri məlumat yayıb.
Bildirilir ki, İspaniya klubu braziliyalı futbolçunu satmaq niyyətində deyil və onun yeni müqaviləyə razı olacağına əmindir. Yaxın vaxtlarda klubla oyunçu arasında yeni uzunmüddətli sözləşmə barədə danışıqlar baş tutacaq.
Vəziyyəti "Arsenal" da diqqətlə izləyir. London klubu Vinisiusu yay "transfer pəncərəsi" üçün prioritet hədəf seçib.
Vinisiusun Madrid klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir. "Transfermarkt" portalı onun transfer qiymətini 140 milyon avro dəyərində qiymətləndirir.
Qeyd edək ki, 25/26 mövsümündə Vinisius "Kral klubu"nun heyətində 53 matça çıxıb, 22 qol vurub və 14 məhsuldar ötürmə edib. Hücumçu Madrid kollektivinə 2018-ci ilin iyulunda, komandanı hələ Xulen Lopetegi idarə edərkən qoşulub.













