17 Aprel 2024, 21:00
FUTBOL
Xviça Kvaratsxeliya "Napoli"nin məşqini buraxıb.
Matc.az xəbər verir ki, gürcü qastroenterit xəstəliyindən əziyyət çəkdiyi üçün bugünkü toplanışa qatılmayıb. Onun vəziyyəti yaxın günlərdə qiymətləndiriləcək.
O, böyük ehtimalla A Seriyasında aprelin 20-də “Empoli” ilə oyunda iştirak edə biləcək.
Bu mövsüm 23 yaşlı vinger elitada neapolluların heyətində 29 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.