18 Aprel 2024, 18:15
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				  
 
	UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən PSJ "Barselona" matçında baş vermiş hadisələrlə bağlı qərar verib.
	Matc.az xəbər verir ki, qurumun İntizam Komitəsi İspaniya klubunu azarkeşlərinə görə cərimələyib. Kataloniyalılar tərəfdaşlarının qeyri-etik davranışlarına görə 32 min avro ziyana düşüb. Üstəlik, klubun növbəti səfər oyununa bilet satışını qadağan edib. 
	Qeyd edək ki, ümumi hesabda 4:6 məğlub olan "Barselona" yarımfinalın 1 addımlığında mübarizəni dayandırıb.
				
         	
                                             
               
 
             
 















