19 Aprel 2024, 12:11
FUTBOL
Konfrans Liqasının 1/4 finalında “Lill” komandasını üstələyən “Aston Villa” 42 illik tilsimi qırıb. Matc.az xəbər verir ki, İngiltərə klubu 1982-ci ildən bəri ilk dəfə avrokuboklarda yarımfinala yüksəlib.
Premyer Liqa təmsilçisi sonuncu dəfə 1981-82 mövsümündə bunu reallaşdırmağı bacarıb. Birmingemlilər həmin vaxtdan bəri Avropa arenalarındakı heç bir turnirdə yarımfinal üzü görməyib.
Qeyd edək ki, “Aston Villa”nın yarımfinaldakı rəqibi “Olimpiakos” olacaq.