2025/2026 mövsümünün başa çatması ilə futbol ictimaiyyətinin diqqəti ən nüfuzlu fərdi mükafat olan "Qızıl top"a yönəlib.
2025/2026 mövsümünün başa çatması ilə futbol ictimaiyyətinin diqqəti ən nüfuzlu fərdi mükafat olan "Qızıl top"a yönəlib.
Matc.az xəbər verir ki, builki mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda keçiriləcək və qalib 2025-ci il avqustun 1-dən 2026-cı il iyulun 31-nə qədər olan dövrün nəticələrinə əsasən müəyyənləşəcək.
İspaniya millisi ilə dünya çempionatı turnirinin qalibi olan və fərdi statistikası ilə parlayan 19 yaşlı Lamin Yamal əsas favoritlərdən biri hesab olunur. Onunla yanaşı, dünya çempionatının və ötən ilin "Qızıl top" mükafatının qalibi Rodri, həmçinin yığma ilə böyük titullar qazanan Fabian Ruis də iddialılar sırasındadır.
Fərdi performans baxımından isə PSJ-nin gürcü ulduzu Xviça Kvarasxeliya, mövsümü 50 qolla tamamlayan Kilian Mbappe və "Bavariya"nın heyətində 15 qol, 20 məhsuldar ötürmə edən Maykl Olise diqqət çəkir. Cari mövsümdə 38 qol vuran və dünya çempionatında rəqib qapılarına 7 yol tapan norveçli Erlinq Holand da siyahıda yer alıb.
Mükafat üçün digər güclü namizəd isə mövsüm ərzində ağlasığmaz məhsuldarlıq nümayiş etdirərək 73 qola imza atan Harri Keyndir. Dünya çempionatında gümüş medal qazanan, MLS-də isə 29 qol və 19 ötürmə ilə çıxış edən 39 yaşlı əfsanəvi hücumçu Lionel Messi də fərdi uğurlarına görə jurnalistlərin səsverməsində ön sıralarda qərarlaşa bilər.













