"Arsenal" klubu braziliyalı yarımmüdafiəçi Bruno Gimaraynşın transferi ilə bağlı "Nyukasl"la danışıqlar aparmağı planlaşdırır. "Topçular"ın 82 milyon avro dəyərindəki təklifi artırılma yönündə yenidən nəzərdən keçiriləcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, "Arsenal" və Gimaraynş arasında şəxsi müqavilənin şərtləri artıq razılaşdırılıb. Keçidin başa çatması "Nyukasl"ın qərarından asılı olacaq.
Danışıqların növbəti həftə aparılması planlaşdırılır.
Bundan əvvəl "Nyukasl"ı vinger Entoni Qordon və yarımmüdafiəçi Sandro Tonali tərk ediblər. İngiltərəli futbolçunun 80 milyon avro qarşılığında "Barselona"ya keçdiyi qeyd edilir. İtaliyalı oyunçu isə "Tottenhem"in üzvü olub. Onun transferi 108 milyon avro dəyərində qiymətləndirilir.













