21 Aprel 2024, 12:34
FUTBOL
"Mançester Siti"nin hücumçusu Fil Foden Premyer Liqa tarixinin ən yaxşı futbolçularından ibarət komandasını tərtib edib.
Matc.az xəbər verir ki, 4-4-2 sxemində Foden Kriştiano Ronaldonu yarımmüdafiənin sol tərəfinə və Tyerri Henrini sağa yerləşdirib.
Fodenin fikrincə, Premyer Liqanın rəmzi komandası belədir: Ederson, Kayl Uoker, Vircil van Deyk, Vinsent Kompani, Eşli Koul, Patrik Vieyra, David Silva, Kriştiano Ronaldo, Tyerri Henri, Ueyn Runi və Serxio Aquero.