Premyer Liqada ikinci yeri tutan “Zirə”nin 2024-25 mövsümündə Avropa Liqasındakı bütün potensial rəqibləri bilinib. Matc.az xəbər verir ki, Rəşad Sadıqovun kollektivi Azərbaycan Kubokunun final görüşünün nəticəsində asılı olmayaraq, qitənin ikinci dərəcəli klub turnirinin I təsnifat mərhələsində səpələnməmişlərdə yer alacaq.

Qəsəbə təmsilçisinin ilk raundda 6 mümkün rəqibi olacaq. Onlar arasında ən reytinqlisi Moldova təmsilçisi “Şerif”di.

Avropa Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər

“Şerif” (Moldova)

“Maribor” (Sloveniya)

“Tobol” (Qazaxıstan)

“Visla” (Polşa)

“Pafos” (Kipr)

“Paksi” (Macarıstan)

Səpələnməmişlər

“Elfsborq” (İsveç)

“Kornivul” (Rumıniya)

“Botev” (Bolqarıstan)

“Zirə” (Azərbaycan)

“Rujomberok” (Slovakiya)

“Llapi” (Kosovo)

Qeyd edək ki, Avropa Liqasında 2024-2025 mövsümünün I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest