19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Zirə”nin üzvü Rəvan Qaraəhmədli bu gün başlayan təlim-məşq toplanışına qoşulmayıb. Buna səbəb gənc oyunçunun zədələnməsidi. Əvəzində “Zirə”nin digər oyunçusu Yusif Hacıyev yığmaya cəlb olunub.

Qeyd edək ki, U-19 iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcək və daha sonra yoldaşlıq turniri üçün Moldovaya yollanacaq. Yığma orada iyunun 4-də Qazaxıstan (20:30), 7-də Türkiyə (18:00), 10-da isə Moldova (20:30) ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest