“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo tarixdə dörd fərqli ölkə çempionatında ən yaxşı bombardir adını qazanan ilk futbolçu olub.

Matc.az xəbər verir ki, 39 yaşlı portuqaliyalı "Real"la La Liqada, "Yuventus"la A Seriyasında, "Mançester Yunayted"lə İngiltərə Premyer Liqasında və "Əl-Nəsr"lə Səudiyyə Ərəbistanı çempionatında ən çox qol vuran futbolçu olub.

Qeyd edək ki, "Real"da hücumçu üç dəfə liqanın "Qızıl buts"unu qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest