“Qəbələ”nin kapitanı Urfan Abbasovun növbəti mövsümü hansı klubda keçirəcəyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, təcrübəli müdafiəçi “qırmızı-qaralar”dan ayrılıb.

Abbasov karyerasını "Araz-Naxçıvan"da davam etdirəcək. Naxçıvan klubu 31 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, uzun illər “Qəbələ”nin formasını geyinmiş Urfan Abbasov bir müddət "Səbail"də də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest