"Sabah"ın sabiq baş məşqçisi, hazırda “Krasnodar” klubunu çalışdıran Murad Musayev yeni müqaviləyə qol çəkib. Matc.az xəbər verir ki, Rusiya təmsilçisi onunla sözləşmənin müddətini uzadıb.

Razılaşmaya əsasən, Musayev daha 2 il “Krasnodar”ın “sükanı arxasında” olacaq. 40 yaşlı məşqçi bu ilin əvvəlində "yaşıl-qaralar"ın başına keçmişdi.

Qeyd edək ki, “Sabah”la Azərbaycan çempionatının gümüş medalını qazanmış Murad Musayev 2018-2021-ci illər ərzində də “Krasnodar”ın baş məşqçisi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest