Final mərhələsi Riqa və Kaunasda (Latviya və Litvada) keçiriləcək futzal üzrə AVRO-2026-nın əsas mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, Azərbaycan millisinin də rəqibləri bəlli olub.

Final mərhələsi Riqa və Kaunasda (Latviya və Litvada) keçiriləcək futzal üzrə AVRO-2026-nın əsas mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, Azərbaycan millisinin də rəqibləri bəlli olub.

Komandamız 5-ci qrupda Xorvatiya, İsveç və Yunanıstanla qarşılaşacaq. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə yollanacaq, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-offda üz-üzə gələcək.

Final mərhələsində bu iştirakçılara meydan sahibləri Latviya və Litva qoşulacaq, 16 milli Avropa çempionu olmaq uğrunda mübarizəyə başlayacaq. Püşkatma mərasimində ölkəmizi futzal üzrə A millinin meneceri Fərrux Hüseynzadə təmsil edib.

Qeyd edək ki, əsas mərhələdə 40 komanda hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest