“Mançester Siti” rəhbərliyi komandanın baş məşqçisi Pep Qvardioladan ilin sonunadək klubdakı gələcəyi ilə bağlı qərar verməsini istəyir.

Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Bildirilir ki, klub rəhbərliyi Qvardioladan 2025-ci ilin yayında başa çatacaq müqavilənin uzadılmasını istəyir. İspan mütəxəssisin özünün isə 2025-ci ilin yayında “Mançester Siti”ni tərk etməyə daha yaxın olduğu bildirilir.

“Mançester Siti” Qvardiolanı əvəz etməyin son dərəcə çətin olacağını anlayır, bu səbəblə də yerinə ən uyğun namizədi tapmaq üçün daha çox vaxt qazanmaq istəyir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest