14 İyun 2024, 09:37
FUTBOL
Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş Bakıda müxtəlif idman obyektləri ilə tanış olub.
Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu məqsədlə “Liv Bona Dea Arena”, Milli Komandaların Təlim-Məşq Mərkəzi, Bakı Olimpiya Stadionu, “ASCO Arena” və Tofiq Bəhramov adına Respublika Stadionunda olub.
Baş məşqçiyə adıçəkilən məkanların hazırkı durumu və orada yaradılan şəraitlə bağlı məlumat verilib.