26 İyun 2024, 21:56
                
                
                
                                AVRO-2024 
                                
                
               
              
				 
 
Almaniyada keçirilən 2024-cü il Avropa çempionatının qrup mərhələsinin oyunlarına bu gün keçiriləcək dörd qarşılaşma ilə yekun vuralacaq.
Matc.az xəbər verir ki, E və F qrupunda III turun oyunları keçirilir.
E qrupunda Slovakiya Rumıniya ilə heç-heçə edib - 1:1. Ukrayna - Belçika oyununda isə hesab açılmayıb.
Bu nəticələrə görə, Rumıniya və Belçika 1/8 final mərhələsinə vəsiqə qazanıb. Belçika isə ən yaxşı qrup üçüncüsü kimi pley-offda iştirak edəcək.
	AVRO-2024
	26 iyun
	III tur
E Qrupu
	Slovakiya – Rumıniya - 1:1
	Qollar: Duda, 24 // Marin, 37 (p)
Ukrayna – Belçika - 0:0

            
 










