Almaniyada keçirilən 2024-cü il Avropa çempionatının qrup mərhələsinin oyunlarına bu gün keçirilən dörd qarşılaşma ilə yekun vurulub.
Matc.az xəbər verir ki, F qrupunda III turun oyunları keçirilib.
Türkiyə Çexiyanı məğlub edərək qrup ikincisi kimi növbəti mərhələyə vəsiqəni təmin edib. Gürcüstan isə gözlənilmədən Portuqaliya üzərinə qələbə qazanıb.
Bu nəticələrə əsasən, Portuqaliya qrup lideri kimi, Türkiyə qrup ikincisi kimi 1/8 finala vəsiqəni təmin edib. Turnirin debütantı Gürcüstan isə ən yaxşı üçüncü yeri tutan komandalar sırasında növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, 1/8 final mərhələsinin matçları iyunun 29-dan iyulun 2-dək keçiriləcək.
	AVRO-2024
	26 iyun
	III tur
F Qrupu
	Çexiya – Türkiyə - 1:2 
	Qollar: Souçek, 66 // Hakan Çalhanoğlu, 51, Cenk Tosun, 90+4
	Gürcüstan – Portuqaliya - 2:0 
	Qollar: Kvaratşeliya, 2, Mikautadze, 57 (p)

            
 










