27 İyun 2024, 11:00
                
                
                
                                AVRO-2024 
                                
                
               
              
				 
 
AVRO-2024-ün E qrupunda Rumıniya, Belçika, Slovakiya və Ukraynanın hər biri 4 xal toplayıb. Matc.az xəbər verir ki, bu, qitə birinciliyi tarixində ilkdi.
Avropa çempionatlarında birinci dəfə qrup iştirakçılarının hamısı eyni sayda xal qazanıb.
Rumıniya 1-ci, Belçika 2-ci, Slovakiya isə 3-cü yeri tutaraq 1/8 finala yüksəlib. Ukrayna dördüncü yeri tutaraq turniri tərk edib.

            
 










