27 İyun 2024, 17:45
                
                
                
                                AVRO-2024 
                                
                
               
              
				 
 
Serbiya Futbol Federasiyasının vitse-prezidenti Branislav Nedimoviç və baş katib Yovan Surbatoviç vəzifələrindən ayrılıblar. Matc.az xəbər verir ki, onlar yığma komandanı AVRO-2024-dəki uğursuz çıxışına görə istefa veriblər.
Bu barədə məlumatı Serbiya mətbuatı yayıb.
Serbiya yığması AVRO-2024-ün qrup mərhələsində cəmi 2 xal toplayıb və qrupu sonuncu pillədə başa çatdırıb. Serblər Avropa çempionatı ilə erkən vidalaşdıqları üçün Serbiya Futbol Federasiyası azarkeşlər tərəfindən kəskin tənqid olunub. Nəticədə federasiyanın vitse-prezident Branislav Nedimoviç və baş katib Yovan Surbatoviç tutduqları postu tərk etməyə qərar veriblər.

            
 










