27 İyun 2024, 18:48
                
                
                
                                AVRO-2024 
                                
                
               
              
				 
 
Avropa çempionatının qrup mərhələsinin Almaniya - Şotlandiya (5:1) görüşündən əvvəl məşq zamanı topla azarkeşin qolunu sındıran Niklas Fyullkruq həmin tərəfdardan üzr istəyib.
Matc.az xəbər verir ki, qarşılaşmadan bir neçə dəqiqə əvvəl isinmə hərəkətləri zamanı qapının arxasında dayanan Kai Flatmann adlı azarkeşə tuş gələn zərbə onun qolunu sındırıb.
Hadisədən sonra azarkeşə imzalı formasını göndərən 31 yaşlı hücumçu ondan üzr istəyib.

            
 










