02 İyul 2024, 23:33
                
                
                
                                AVRO-2024 
                                
                
               
              
				 
 
Rumıniya millisinin baş məşqçisi Edvard Yordanesku Niderlanda qarşı AVRO-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında açıqlama verib.
Matc.az xəbər verir ki, mütəxəssis məğlubiyyətə görə üzgün olduqlarını bidirib:
“Oyun bizim üçün heç də yaxşı keçmədi. Məğlub olduğumuza görə üzülürük. 2 il əvvəl Avropa çempionatının seçmə mərhələsinin oyunları ilə başlayan hekayə bu gün başa çatdı. Dünyanın hər bir tərəfindən gələn Rumıniya azarkeşlərinə öz təşəkkürümü bildirirəm. Rumıniya xalqı futbolçuları ilə fəxr etməlidir".
Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Niderlanda 0:3 hesabı ilə məğlub olan Rumıniya turnirlə vidalaşıb.

            
 










