04 İyul 2024, 19:35
                
                
                
                                AVRO-2024 
                                
                
               
              
				 
 
İngiltərə millisinin qapıçısı Cordan Pikford Avropa çempionatının 1/4 final matçı öncəsi azarkeşlərə müraciət edib.
Matc.az xəbər verir ki, o, bu barədə UEFA-nın rəsmi saytına açıqlama verib.
“Bizə inanın! Biz 100% mübarizəyə çıxacağıq və 100% var güncümüzü qoyacağıq. Azarkeşlərin dəstəyinə ehtiyacımız var, çünki onlar komandamızın vacib hissəsidir. Sizin yaratdığınız atmosfer bizə kömək edir”.
Xatırladaq ki, İngiltərə iyulun 6-da İsveçrə ilə qarşılaşacaq. Oyun saat 20:00-da başlayacaq.

            
 










