"Son matçlarda bəxtsizliklə üzləşirik. Bu üzdən Avropa Liqasının qarşıdakı oyununda "Qarabağ"ı məğlub etməyimiz çox vacibdi".
"Bərabər səviyyəli oyun oldu. Nə biz, nə də "Dinamo" çox qol imkanı yaratdı. Axmaq qol buraxdıq". Matç.az saytının məlumatına görə, bunu "Vorskla"nın hücumçusu Vladislav Kulaç deyib.
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Bakı səfəri öncəsi Ukrayna Premyer Liqasının XII turunda öz meydanında Kiyev "Dinamo"suna uduzub (0:1).
Qarşılaşmadan sonra yerli mətbuata danışan Kulaç məğlubiyyətə layiq olmadıqlarını söyləyib: "Belə uduzmaq utancvericidi. çünki məğlubiyyətə layiq oynamadıq. Fasilədən sonra da ilk hissədəki kimi oynamalı, rəqibə qol imkanları verməməli idik. "Dinamo" ilə görüşdə hamı sona qədər "döyüşdü". Pis oynamasaq da, nəticə ürəyimizcə olmadı. Son matçlarda bəxtsizliklə üzləşirik. Bu üzdən Avropa Liqasının qarşıdakı oyununda "Qarabağ"ı məğlub etməyimiz çox vacibdi. Fiziki cəhətdən yaxşı durumdayıq. Ancaq zədəlilərimiz çoxdu. ümid edirəm ki, məşqçilər korpusumuz vəziyyəti dəyişə biləcək".
Qeyd edək ki, "Qarabağ" – "Vorskla" qarşılaşması oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək.