"Sumqayıt" Azərbaycan çempionatlarında yubiley oyununu keçirib. Matc.az xəbər verir ki, Topaz Premyer Liqasının XXVI turunun "Neftçi" ilə səfərdəki oyunu (3:2) "gənclik şəhəri" təmsilçisinin 250-ci matçı olub.

Bu görüşlərdən 124-ü evdə, 126-sı səfərdə keçirilib. Bu müddətdə 62 qələbə qazanan komanda 66 heç-heçə edib və 122 dəfə uduzub. 239 qol vuran sumqayıtlılar 364 top buraxıb.

Qeyd edək ki, "Sumqayıt" Premyer Liqada 250 və daha çox oyun keçirən 17-ci klubdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest