İspaniya millisi AVRO-2024-ün finalında İngiltərəyə 2:1 hesabıyla qalib gələrək turnirin qalibi olub.

Matc.az xəbər verir ki, ispanların baş məşqçisi Luis De La Fuente çempionluğu şərh edib.

“Biz bundan daha çox xoşbəxt ola bilməzdik! Bu komanda ilə fəxr edirik. Onlar dünyanın ən yaxşısıdır. Komandamızın gücü ondadır ki, biz həmişə daha yaxşı ola biləcəyimizi düşünürdük”.

Qeyd edək ki, bu, İspaniyanın dördüncü Avropa çempionluğudur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest